Castin Qetji yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək niyyətindədi.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, amerikalı döyüşçü ESPN-ə açıqlamasında, dünyanın ən yaxşısı olmaq istədiyini bildirib:
"Toni Ferqyusonu məğlub etdikdən sonra növbəti rəqibim Həbib olacaq. Dünyanın ən yaxşısı olmaq üçün buradayam.
Həbibin məni öldürməyə cəhd etməsini istəyirəm. Döyüş zamanı bunu etməsə, ona hörmət qoymayacam".
Qetji mayın 9-da UFC 249 çərçivəsində Toni Ferqyusonla döyüşməlidi. Qalib müvəqqəti kəmərə sahib çıxacaq.
Milli.Az