ÜST rəsmisi: Koronavirusla mübarizədə ölkələr bir-birilərinə güvənərlərsə, sərhədlərin açılması daha rahat olar

24 Aprel 2020 14:47

Koronavirusla mübarizə sahəsində ölkələr bir-birilərinə güvənərlərsə, o zaman sərhədlərin açılması daha rahat olar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq qarşılıqlı dialoqlar başlayıb:

"Əlbəttə ki, sərhədlər açılacaq, ticarət davam edəcək. Amma bütün ölkələrin birlikdə çalışması və bir-birilərinə güvənməsi çox vacibdir".

Milli.Az