Daha bir klub məşqlərə başladı

24 Aprel 2020 17:52

Donetskin "Şaxtyor" klubu koronavirusa görə dayandırılan məşqləri bərpa edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Donetsk təmsilçisinin oyunçuları 4 nəfərdən ibarət qruplara bölünüblər. Məşq 50 dəqiqə davam edib.

Qeyd edək ki, təxirə salınan Ukrayna çempionatının lideri "Şaxtyor"dur.

Milli.Az