Bu reklamdan hələ çox danışılacaq - VİDEO
8 Dekabr 2011 23:33
Milli.Az xəbər portalı "The Sun"a istinadən bildirir ki, "Harvey Nichols" şirkətinin Milad Bayramı və Yeni İllə bağlı xüsusi olaraq hazırladığı "Walk of Shame" (Utanc yerişi) adlı reklam filminə artıq milyonlarla insan baxıb.
Reklamda gecə keçirilmiş ziyafəti çox gec tərk etmiş və səhər saatlarında başı ayılan, qısa ətək və dekolteli qadınların evlərinə qayıtmaları əks olunub.
Qadınların halları pərişan, saçları dağınıqdır və onlar küçələrdə ayaqyalın gəzirlər.
Sonda əynində "Harvey Nichols"dan aldığı "Roland Mouret" donu olan çox səliqəli, şıq görkəmli bir xanım gülümsəyərək evinə qayıdır.
Reklam "Bu mövsümdə utanc yerişindən qaçmağa çalışın!" sloqanı ilə bitir.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.