Milli Məclisin iclasının gündəliyi dəyişib

24 Aprel 2020 11:14

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentin spiker Sahibə Qafarova iclasda deyib.

S.Qafarova qeyd edib ki, iclasın gündəliyindən 9-cu məsələ (Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında) çıxarılıb və iclasın gündəliyində 27 məsələ qalıb.

Milli.Az