Bu gün Azərbaycan media sahəsində ÖZ SÖZÜNÜ demiş "Olaylar"ın 25 illiyi tamam olur.
Milli.Az bildirir ki, bu sözləri "Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin rəhbəri YUNUS OĞUZ deyib: "Bəşəriyyəti cənginə almış koronavirus pandemiyası səbəbindən geniş qeyd edə bilmirik. Qəzet və agentliyi yaşatmaq üçün hansı ağrılardan və keçmişik bir Tanrı bilir. Neçə siyasətçi və ictimaiyyətçi, mediada sözü və çəkisi olan jurnalist "Olaylar" ailəsində yetişib.
Bizim əlimizdən qələm alıb, köməyimizlə ictimai-siyasi həyata vəsiqə qazanıb. Neçələri yüksək vəzifələrə yüksəlib, neçələri vurulub.... hər halda şərəfli bir ömür yaşamışıq, belə də davam etdirmək fikrindəyik......yolumuza davam.. "OLAYLAR" adına bütün insanların 25 yaşı mübarək!"
Milli.Az