Süzgəcdən keçirilmiş kofe ömrü uzadır

24 Aprel 2020 11:10

İsveçin Höteborq universitetinin alimlərinin apardığı araşdırma kofenin insan üçün xeyirli olduğunu təsdiq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, genişmiqyaslı araşdırmalardan sonra mütəxəssislər süzgəcdən keçirilmiş kofenin insanın ömrünü uzatdığını bildiriblər.

Onlar 20 il ərzində tədqiqatlarda iştirak edən könüllülərin sağlamlığını müşahidə ediblər.

Araşdırmaya 20-79 yaş arası 508 747 insan qatılıb.

Nəticələr onu göstərir ki, gündə 1-4 fincan filtrə edilmiş kofe içən insanlarda ümumi ölüm riski başqalarına nisbətən 15% aşağıdır.

Həmçinin mütəxəssislər bu qənaətə gəliblər ki, filtrə edilməmiş kofe bədəndə xolesterin səviyyəsini yüksəldir və 60 yaşdan yuxarı insanlar üçün təhlükəlidir.

Milli.Az