"Atalanta"nın qapıçısında ikinci dəfə koronavirus aşkarlandı

24 Aprel 2020 10:26

"Atalanta"nın qapçısı Marko Sportelloda ikinci dəfə koronavirus infeksiyası aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

İtaliyalı qolkiperdə ilk dəfə martın 20-də koronavirus testi müsbət çıxıb. Müalicə olunduqdan sonra sağalan 27 yaşlı qapıçının 3-cü testi müsbət nəticələnib.

Sportellanın özünü yaxşı hiss etdiyi və evdə karantinə alındığı bildirilib

Milli.Az