Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, aprelin 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini F.Ağarzayev idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalər Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az