Qubada ekskovator fəhləni vurub öldürdü

23 Aprel 2020 18:51

Quba rayonunda tikintidə ölüm hadisəsi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, Quba rayon sakini Rəsulov Tələt Mərifət oğlu idarə etdiyi ekskovatorla xəndək qazarkən orada fəhlə işləyən 1988-ci il təvəllüdlü Eldar Hüseynovu vurub. Hadissə nəticəsində E.Hüseynov ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

Milli.Az