Xaçmazda keçmiş məhkum həmyerlisini bıçaqla qətlə yetirib

23 Aprel 2020 18:37

Xaçmaz şəhər sakini C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyitinin İzmayılovka qəsəbəsi ərazisində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Milli.Az