"COVID-19" pandemiyası ilə əlaqədar artıq bir çox böyük texnologiya tədbirləri ləğv edilib. "IFA 2020" sərgisi də istisna olmayıb. Lakin təşkilatçıların sözlərinə görə, sözügedən tədbir alternativ formatda keçiriləcək.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, sərginin ləğv edilməsi Berlin hakimiyyətinin oktyabrın 24-dək 5000-dən çox insanın iştirakı ilə keçiriləcək hər hansı tədbirin qadağan edilməsi haqqında qərarı ilə bağlıdır. Bununla belə tədbirin rəsmi "Twitter" hesabında yazılıb ki, sentyabrın 4-nə planlaşdırılmış Almaniyanın ən köhnə sənaye sərgilərindən biri keçiriləcək.
"IFA 2020" tədbirinin keçirilməsinə məsul olan şirkətin idarə heyətinin sədri Hans-Yoahim Kamp deyib ki, son hadisələri nəzərə alsaq, illik tədbirin ləğvi gözlənilən idi. Amma təşkilatçılar sərginin keçirilməsindən tamamilə imtina etmək niyyətində deyillər - onlar 2020-ci ildə texnoloji innovasiyaların keçirilməsi üçün alternativ variantları nəzərdən keçirirlər.
Yaxın vaxtlarda sərginin yeni formatının elan ediləcəyi gözlənilir.
Milli.Az