Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər təyinatı olub

23 Aprel 2020 16:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Meşələrin İnkişafı Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Namik Xıdırov xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.

Milli.Az