Sumqayıtda evdən meyit tapıldı

23 Aprel 2020 18:59

Sumqayıt şəhərində evdən meyit tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü İbrahimov İbrahim Nurəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az