Minaatan batareyaları döyüş atışları icra edir - FOTO- VİDEO

23 Aprel 2020 14:50

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.

Milli.Az