“Azərbaycanda futboldan həzz almırdım” - Latviyalı hücumçu

23 Aprel 2020 17:26

2011-21-ci illərdə "Bakı" klubunda oynamış Latviya millisinin sabiq hücumçusu Maris Verpakovskis Azərbaycandakı karyerası barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşında Azərbaycana getməzdən əvvəl Yunanıstanda "Erqotelis"də çıxış edib:

"Mövsümün yekununa əsasən, mənim statistikam pis deyildi. Yunanıstanın bir neçə yüksək klubu qalmağı təklif etdi. Amma o vaxt bütün Avropada iqtisadi böhran başladığından təklif olunan şərtlər məqbul deyildi. Həmin vaxt yaşım 30-u keçmişdi. Ona görə də ailəmi dolandırmaq üçün daha yaxşı təklifləri düşünməli idim".

Verpakovskis bildirib ki,həmin vaxt ona Azərbaycandan yunan klublarının təklif etdiyindən 4-5 dəfə yüksək maaşa dəvət gəlib: "Ona görə də "Bakı"nın təklifini qəbul etdim. Komandanı Aleksandr Starkov (Latviya millisinin o vaxtkı baş məşqçisi - red.) çalışdırırdı. Orada bir il yarım keçirdim. Müqaviləni vicdanla yerinə yetirdim. Amma futboldan həzz almırdım. Müqaviləm başa çatdıqdan sonra məmnuniyyətlə Yunanıstana qayıtdım".

Milli.Az