“Neftçi” koronavirus əleyhinə mübarizəyə qoşuldu - FOTO

23 Aprel 2020 12:12

Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış "Biz birlikdə güclüyük" çağırışına "Neftçi" ailəsi də qoşulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən gün klubun əməkdaşları və komanda üzvləri Bakı şəhərində yerləşən "Qadın və uşaq sığınma evi"nə baş çəkiblər.

Həmçinin futbolçular ilə "Forza Neftçi" fan-qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.

Milli.Az