Niderland millisinin sabiq futbolçusu Endi van der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis özü açıqlamasında bildirib:
"Azərbaycanda qısa müddətdə bir-iki milyon avro qazana bilərdim. Ancaq artıq futbol oynamaq istəmirdim. Hər zaman məşq etmək mümkün deyil. Çünki daima qidanlamağa diqqət etməlisən. Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. 33 yaşında karyeramı başa vurmuşam. Bundan sonra Amsterdamdakı evimdə ancaq yeyib-içmək məclisi təşkil edirdim. İçki, narkotik, qızlar və.s".
Qeyd edək ki, Endi van der Meyde "İnter", "Everton", PSV və "Ayaks" kimi klubların formasını geyinib.
Milli.Az