72 yaşlı baş məşqçi yeni müqavilə bağladı

22 Aprel 2020 15:01

"Feyenoord" baş məşqçisi Dik Advokatla müqaviləni yeniləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

72 yaşlı mütəxəssisin sözləşməsi 2021-ci ilin yayına qədər uzadılıb. Advokat 2019-cu ilin oktyabr ayından "Feyenoord"u çalışdırır. Onun komandası Erediviziyada 25 turdan sonra 50 xalla 3-cü sırada qərarlaşıb.

Milli.Az