"Atamın qəbrini ziyarət edə bilmirəm"

22 Aprel 2020 12:16

Əməkdar artist Bəhram Bağırzadə karantin günlərindən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor İnstaqram-da canlı yayımda ən çox darıxdığı amilləri sadalayıb. O bildirib ki, uzun müddətdir atasının məarını ziyarət edə bilmir:

"Rəhmətlik atamın qəbrini ziyarət etmək istəyirəm, amma edə bilmirəm. "Tarqovu"suz yaşaya bilmərəm. Hər gün çıxıb orada gəzirdim. İndi istəyirəm ki, karantin tez bitsin, mən də gedim gəzim". 

Milli.Az