Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formasında görüşü keçirilir - FOTO

21 Aprel 2020 19:31

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formasında görüşü keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir ki, görüşdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Endryu Şafer (Amerika Birləşmiş Ştatları), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.

Milli.Az