Müəllim və şagirdləri maraqlandıran suala nazirlik SÖZÇÜSÜNDƏN CAVAB

22 Aprel 2020 04:01

Azərbaycanda müəllim və şagirdlərin "Virtual məktəb" layihəsindən qeydiyyata keçməsi könüllülük prinsipi əsasında həyata keçirilir.

Milli.Az bildirir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov AZTV-yə bildirib. O, qeyd edib ki, daha çox müəllim və şagirdin bu layihəyə cəlb edilməsi interaktivliyi artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, şagirdlərin "Virtual məktəb" layihəsindən qeydiyyata keçmələri prosesi aprelin 1-dən, müəllimlərin isə aprelin 18-də start götürüb. Proses hələ də davam edir. (ölkə.az)

Milli.Az