Müğənni Ramal İsrafilovla bağlı "Şou ATV" verilişində maraqlı fakt təqdim edilib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin hazırda evləndiyi xanımını 11 yaşında klipinə çəkibmiş.
Proqramda Ramalın xalası qızı ilə illər əvvəl olan həmin görüntüləri nümayiş edilib. Onlar birlikdə "Sən öyrətdin" mahnısının ekran işində rol alıblar.
Qeyd edək ki, Ramal 2014-cü ildə xalası qızı Sevda ilə ailə qurub. Cütlüyün Liya adlı qızı var.
Milli.Az