"Koronavirusun peyvəndi xəstəliyi hiss etmədən keçirənlərdədir" - ALİM

21 Aprel 2020 23:05

"Koronavirusu simptomsuz keçirən xəstələr virusu yaymaqla peyvənd rolunu oynayır".

Milli.Az medicina.az-a istinadən bildirir ki, akademik, virusoloq Feliks Yerşov deyib.

"Bu cür insanlar virusu yaymaqla peyvəndin etməli olduğunu edirlər. Kollektiv immunlaşma gedir. Bu göstərici 70 faizə çatanda xəstəliyin artımı başa çatacaq"- F.Yerşov bildirib.

Akademik qeyd edib ki, bu cür pasiyentləri simptomsuz xəstə deyil, sağlam infeksiya daşıyıcısı hesab edir:

"Onlar olduqca çoxdur. Rusiyada belələri 50 faiz təşkil edir. Əsasən, gənclər və uşaqlardır".

Milli.Az