ABŞ-da koronavirusdan müalicə ilə bağlı onlarla metod sınanılır

21 Aprel 2020 22:25

ABŞ-da koronavirusdan müalicənin müxtəlif metodlarının 70-dən çox sınağı aparılır.

Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"İndi ABŞ-da 72 aktiv sınaq aparılır. Terapevt metodikalar, onların tədqiqatları və müalicə üsulları aparılır, daha 211 sınaq planlaşdırma mərhələsindədir. Söhbət müalicə və vaksinlərdən gedir", - Tramp deyib.

"Şəxsən mən müalicə metodlarına üstünlük verirəm, çünki onlar dərhal insanlara kömək edir", - Tramp əlavə edib.

Həkimlər daha əvvəl xəbərdarlıq ediblər ki, koronavirus vaksinin yaradılması pandemiyanın başlanmasından azı 12-18 ay vaxt aparacaq.

Milli.Az