May ayının 27-də "Crew Dragon" adlı kosmik gəmi ilə ilk astronavt uçuşu həyata keçiriləcək. Son 9 ildə uçuşlar yalnız Rusiyanın "Soyuz" gəmisində olurdu. Beləliklə də, ilk dəfə olaraq, mayın 27-də Moskva vaxtı ilə saat 23:32-də, Florida ştatında "Crew Dragon" kosmik gəmisi olan Falcon 9 raketi səmaya buraxılacaq.
Milli.Az ted.az-a istinadən bildirir ki, təxminən 10 il sonra Amerika astronavtları ilk dəfə olaraq Amerika kosmik gəmisində səmaya qalacaqlar.
Xatırladaq ki, "Space Shuttle" proqramı bağlandıqdan sonra insanlar kosmosa yalnız Rusiyanın "Soyuz" kosmik gəmisi vasitəsilə uçuş edirdilər.
Bu missiya SpaceX şirkəti üçün də vacib olacaq. Çünki "Crew Dragon" kosmik gəmisinin göyərtədəki insanlarla ilk uçuşu olacaq və Elon Maskın şirkətinin səhv etmək şansı yoxdur.
Uçuş edəcək astronavtların adları da məlum olub. Onlar Robert Behnken və Douglas Hurley-dir.
Onların bortda nə qədər zaman keçirəcəyi hələ ki məlum deyil. Qeyd edək ki, "Crew Dragon"orbitdə 110 gün qala bilər.
Milli.Az