İstifadə etdiyimiz mobil nömrənin kimin adına olduğunu necə müəyyən etmək olar?

23 Aprel 2020 21:45

İstifadə etdiyimiz mobil nömrənin kimin adına olduğunu bir neçə saniyədə tapmaq mümkündür. Bəs bunun üçün nə etmək lazımdır?

Milli.Az ted.az-a istinadən mobil nömrənin öz adımıza və ya başqasının adına olduğunu müəyyən etməyin qaydalarını təqdim edir.

Azercell mobil operator istifadəçiləri sadəcə *680#yes qısa nömrəsini yığa və bir neçə saniyə müddətində istifadə etdikləri nömrə sahibinin rəsmi adını öyrənə bilərlər.

Bakcell mobil operator abunəçiləri #*540#yes qısa nömrəsini yığmaqla, Nar mobil operator istifadəçiləri isə *575#yes qısa nömrəsini yığmaqla istifadə etdikləri nömrənin rəsmi sahibinin adını öyrənə bilərlər.

Qeyd edək ki, hər üç mobil operator şirkətində xidmət haqqı ödənişsizdir.

Milli.Az