BNA sərnişinlərə növbəti dəfə xəbərdarlıq etdi

21 Aprel 2020 11:40

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə növbəti dəfə xəbərdarlıq edib.

BNA-dan Milli.Az-a verilən məlumata görə, sərnişinlərə sosial məsafə ilə bağlı müraciət edilib:

"Dayanacaqda gözləyərkən və avtobusa minərkən lütfən sosial məsafənizi qoruyaraq növbəlilik prinsipinə əməl edin. Bu, sizin və ətrafınızdakıların sağlamlığı üçün önəmlidir. Xahiş edirik, zəruri olmadan səyahət etməyin".

Milli.Az