Bakıda “Mercedes” yoldan çıxaraq beton plitələrə çırpılıb - VİDEO - FOTO

21 Aprel 2020 07:05

Bakıda "Mercedes" yoldan çıxaraq ağır qəza törədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Ekologiya postu yaxınlığında yoldan çıxan "Mercedes" markalı minik avtomobili beton plitələrə çırpılıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Milli.Az