İbrahim Məmmədov çağrış etdi: "Mayın 4-dən..."

20 Aprel 2020 23:31

"Düzgün strategiya seçildi və ona uyğun düzgün addımlar atıldı"

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu  Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin "Hədəf" verilişində deyib.

"Görülən işlər öz bəhrəsini verib, müsbət tendensiya var. İndi bunu qoruyub saxlamaq üçün biz yenidən, daha 2 həftə evdə qalmalı, qaydalara əməl etməliyik. Bu qaydalara əməl etdiyimiz təqdirdə, mayın 4-dən mərhələ-mərhələ biz karantin rejimindən çıxacayıq".

Milli.Az