Rusiya: mitinqlər səhmləri vurdu
7 Dekabr 2011 21:11
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, bəzi təhlilçilər hesab edir ki, Moskva və Sankt-Peterburqda baş verən olaylar biznes dairələrdə narahatlıqla qarşılanıb.
Rusiya kimi inkişaf edən bazarlara sərmayə qoyanlar üçün və yaxud da hakimiyyətin dəyişməsi haqqında xəbər pis siqnaldır.
Bu fikirdə olanlar deyirlər ki, çərşənbə axşamı Rusiya bazarları daha çox daxili hadisələrə reaksiya verib.
Belə ki, Avropa birjalarında ticarət sessiyaları artımla başa vurulub.
Ən çox ucuzlaşmaya dövlət şirkətlərinin səhmləri məruz qalıb.
Moskva birjasında VTB, Sberbank, Rosneft və Qazpromun səhmləri qiymətdə itirib.
"Bazarlar seçkilər ardınca siyasi reaksiya gözləyib və buna cavab verir", - "Verno Capital" investisiya fondunun təhlilçisi Roland Nash deyib.
Rusiyanın "Nord-Kapital" şirkətindən Vladimir Rojanovski birjalarda enişin 95 faizinin "siyasi" amillə bağlı olduğunu hesab edir.
Hərçənd ki, səhmlərin qiymətdən düşməsinin səbəblərinin qeyri-siyasi məqamlarla bağlı olduğunu deyən Veles Kapital şirkətinin nümayəndəsi Dmitri Perequdov ilin sonuna xas olan ümumi iş qaydasını qeyd edir.
İlin sonunda şirkət rəhbərliyi inkişafda olan bazarların səhmlərini başdan etməyə çalışırlar, deyir ekspert.
Rusiyada keçən parlament seçkilərindən sonra səsvermədəki pozuntularla bağlı Moskva və Sankt-Peterburqda etiraz edən onlarla adam həbs olunub. ATƏT və Avropa Şurası seçkilərdə fırıldaqçılıq hallarının araşdırılmasına ümid etdiyini bildirib.
Milli.Az