Qəbələ sakinindən sənədləri olmayan silah götürülüb

20 Aprel 2020 23:05

Qəbələ rayon sakini E.Xurşudovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abrıx kənd sakini E.Xurşudovdan müvafiq sənədləri olmayan "TOZ-32" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Milli.Az​