Mədə-bağırsaq xəstəliyi olanlar MÜTLƏQ OXUSUN: Gün ərzində...

2 Avqust 2020 21:05

Orqanizm üçün faydalı məhsullardan biri də kartof şirəsidir.

Milli.Az xəbər verir ki, kartof şirəsinin içərisində olan turşular, minerallar və fermentlər sağlamlığımıza olduqca faydalıdır.

Kartof suyu həzm sistemimizin düzgün işləməsini təmin edir. Mədədə xoranın meydana gəlməsini azaldır. Qırmızı kartofları yaxşıca yuyub quruladıqdan sonra, doğranıb suyu çıxarılmalıdır. Əldə edilən su xoraya qarşı mükəmməl təsir göstərir. Ancaq diqqət etmək lazımdır ki, köhnə və qara nöqtəli kartof olmasın. Çünki onlar ümumiyyətlə zəhərli maddələr ehtiva edirlər.

Kartofun faydaları bununla da bitmir. Əgər revmatizmlə əlaqəli oynaq ağrıları və bel problemləri yaşayırsınızsa, kartof suyu buna da yaxşı təsir edəcək. Hətta yalnız balla qarışdırılmış çiy kartof suyunu içmək, qida zəhərlənməsinin qarşını alır. Bundan əlavə, bu maye baş ağrısını azaldır. Mütəxəssislər kartof suyundan bol-bol istifadə etməyi məsləhət görürlər. (publika.az)

Milli.Az