Avstraliyalı boksçu İslam dinini qəbul etdiyini açıqladı

20 Aprel 2020 20:30

Avstraliyalı boksçu Vilhelm Ott sosial şəbəkə hesabı vasitəsilə İslam dinini qəbul etdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Vilhelm Ott karantin müddətində çox düşündüyünü və müsəlman olmağa qərar verdiyini qeyd edib.

"Uzun müddətdir ağlımda olan bir şey idi, ancaq başqalarından təsirləndim. Bu karantin müddətində İslamın dəyərləri mənə lazım olan gücü verdi", - deyə V.Ott "Instagram" hesabında yazıb.

Milli.Az