Messi ən yaxşı driblinq ustalarının siyahısında "ilk üçlüy"ə düşmədi

20 Aprel 2020 19:49

Cari mövsümün göstəricilərinə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi La Liqanın ən yaxşı driblinqçiləri siyahısında dördüncüdü.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, sıralamaya "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partey (driblinq cəhdlərinin 81,8%-də uğurlu olub) başçılıq edir. "Vilyarreal"ın xavbeki Andre Zambo-Anqissa (80,1%) ikincidi. "Barselona"nın orta sahə oyunçusu Frenki De Yonq (74,5%) üçüncü sırada qərarlaşıb.

De Yonqun komanda yoldaşı Lionel Messi 67,3%-lik uğurlu driblinq göstəricisi ilə "ilk üçlük"dən kənar qalıb.

Milli.Az