Tovuzda avtomobil yolları əsaslı şəkildə yenidən qurulur - FOTO

20 Aprel 2020 15:36

Tovuzda şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.

Agentlik tərəfindən Tovuzun 4.4 km uzunluğunda Aran kəndinin, Əyyublu kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndinin yolları asfaltlanır.

Milli.Az