Aysun arxiv FOTOsunu yaydı - ''Bu uşaq mən imişəm"

20 Aprel 2020 16:20

Müğənni Aysun İsmayılova uşaqlıq fotosunu yayımlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ''İnstagram'' hesabında öz uşaqlıq fotosunu yayımlayıb. O fotoya ''Bu uşaq mən imişəm. Demək ki, karantindən başqa da toppuş olduğum vaxtlar olub. Məncə toppuş olanda şirin oluram'' sözləri ilə şərh verib.

Sözü gedən fotonu təqdim edirik.

Milli.Az