"Neftçi"nin haitili legioneru Donald Gerye koronavirusla mübarizəyə dəstək olub.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi ölkəsinin iki xəstəxanasına yardım edib.
Gerye hər xəstəxanaya 10 min çarpayı bağışlayıb. Həmin çarpayılar tibb ocaqlarına aprelin 22-də çatdırılacaq. Donald daha əvvəl evsiz həmyerlilərinə 5000 dollarlıq yardım vermişdi.
Qeyd edək ki, Gerye 2017-19-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, cari mövsümdən "Neftçi"də çıxış edir.
Milli.Az