La Liqanın daha bir klubu məşqləri bərpa edir

20 Aprel 2020 13:18

"Real Betis" məşqləri bərpa etməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb. La Liqa klubunun mayın 4-dən məşqlərə başlayacağı bildirilib.

Məşq zamanı futbolçular arasında sosial məsafə qaydalarına riayət olunacağı qeyd olunub.

Xatırladaq ki, "Real Madrid"in də yaxın günlərdə məşqləri bərpa edəcəyi açıqlanmışdı.

Milli.Az