"Roma"nın futbolçuları 4 aylıq maaşdan imtina etdilər

20 Aprel 2020 17:26

"Roma"nın futbolçuları koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə böhranına görə 4 aylıq maaşlarından imtina ediblər.

Milli.Az xəbər verir ki, baş məşqçi Paulo Fonseka və məşqçilər heyəti də bu addımı atıblar.

"Roma" klub işçilərinin maaşını ödəyə biləcək və maliyyə ziyanı az görəcək.

Milli.Az