Gənclər və İdman Nazirliyinin tabeliyindəki qurumların siyahısı təsdiqlənib - SİYAHI
7 Dekabr 2011 19:02
Azərbaycan hökuməti Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin çərşənbə günü yaydığı məlumatda bildirilir. Nazirlər kabinetinin təsdiq etdiyi qərara aşağıdakı siyahı daxildir:
I. Büdcədən maliyyələşdirilən qurumlar:
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası;
- Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi;
- Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi;
- Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi;
- Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər velosiped məktəbi;
- Respublika Kompleks İdman Məktəbi;
- Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Uşaq-Gənclər İdman Məktəbi;
- Respublika Stend Atıcılığı İdman Məktəbi;
- Respublika Yüksək İdman Ustalığı Məktəbi;
- Respublika Olimpiya İdman Liseyi və onun nəzdində Sağlamlıq İdman Düşərgəsi (Nabran qəsəbəsi) və Uşaq Sosial-Psixoloji Reabilitasiya və İdman Sağlamlıq Mərkəzi (Buzovna qəsəbəsi);
- Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi (Şüvəlan qəsəbəsi);
- Su idman növləri üzrə Respublika Yüksək İdman Ustalığı Məktəbi;
- Respublika İdman Tibb Mərkəzi;
- Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri;
- Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
- Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
- Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
- Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
- Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri.
II. Təsərrüfathesablı qurumlar:
- Tofiq Bəhramov adına Respublika Stadionu;
- Respublika Velosiped Treki;
- Heydər Əliyev adına İdman Konsert Kompleksi;
- İdman-Tennis Kompleksi;
- Stend Atıcılığı üzrə İdman Kompleksi;
- Respublika Olimpiya Mərkəzi;
- Respublika Şahmat Mərkəzi (Klubu);
- Olimpiya növləri üzrə Milli komandalar üçün təlim-məşq mərkəzi;
- "İdman" qəzetinin redaksiyası;
- Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;
- "Azəridmanservis" MMC;
- "Ağdam Olimpiya İdman Kompleksi" MMC;
- "Ağdaş Olimpiya İdman Kompleksi" MMC;
- "Balakən Olimpiya İdman Kompleksi" MMC;
- "Biləsuvar Olimpiya İdman Kompleksi" MMC;
- "Füzuli Olimpiya İdman Kompleksi" MMC;
- "Göyçay Olimpiya İdman Kompleksi" MMC;
- "Hövsan Olimpiya İdman Kompleksi" MMC;
- "İdman Sağlamlıq Mərkəzi" MMC;
- "İsmayıllı Olimpiya İdman Kompleksi" MMC;
- "Kür" Olimpiya Tədris İdman Mərkəzi;
- "Kürdəmir Olimpiya İdman Kompleksi" MMC;
- "Oğuz Olimpiya İdman Kompleksi" MMC;
- "Sabirabad Olimpiya İdman Kompleksi" MMC;
- "Şağan Olimpiya İdman Kompleksi" MMC;
- "Şəmkir Olimpiya İdman Kompleksi" MMC;
- "Balaxanı İdman Zalı" MMC;
- "Binə İdman Zalı" MMC;
- "Nardaran İdman Zalı" MMC;
- "Pirallahı İdman Zalı" MMC;
- "Pirşağı-Kürdəxanı İdman Zalı" MMC;
- Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin "İnşaatçı" Təlim-Məşq Bazası (Stadion);
- Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Mehdi Hüseynzadə adına Şəhər Stadionu.
Milli.Az