Ceff Bezos: COVID-19 testləri kütləvi şəkildə keçirilməlidir

21 Aprel 2020 22:40

Ceff Bezos koronavirus testlərinin kütləvi şəkildə keçirilməsinin tərəfdarıdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Amazon şirkətinin başçısı Ceff Bezos kütləvi koronavirus testlərinin dünya iqtisadiyyatını bərpa etmək üçün mühüm olduğunu bildirib.

"Qlobal miqyasda mütəmadi olaraq keçiriləcək testlər insanların təhlükəsizliyini təmin etməyə və iqtisadiyyatın yenidən qurulmasına kömək edəcək", - deyə Bezos qeyd edib.

Məlumat üçün bildirək ki, Amazon işçilərinin sağlamlığını düşünərək yoxlanış üçün xüsusi laboratoriyalarının yaradılmasını planlaşdırır.

Milli.Az