Google şirkəti Android smartfonlarına çoxdan gözlənilən yeniliyi gətirdi

21 Aprel 2020 21:20

Google şirkəti "Google Phone"da mühüm yenilik əlavə edib. Artıq smartfonlara edilən zəngləri yazmaq mümkün olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, hələki yenilik Nokia 7 Plus, Nokia 7.2 və Nokia 8.1. yenilənmiş smartfonlarında mövcuddur.

Funksiya tezliklə Xiaomi smartfonlarına da əlavə olunacaq. Bundan əlavə, tətbiq Google Play-dən müstəqil olaraq quraşdırıla bilər.

Milli.Az