Çağatayın qadın fanatları sevgilisini təhqir edirlər - FOTO

18 Aprel 2020 10:24

Sosial media hesabında fotosunu yayımlayan Duyqu Sarışına türkiyəli məşhur aktyor Çağatay Ulusoyun qadın pərəstişkarları təhqir tipli şərhlər yazıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, yaşadığı sevgi münasibətini mediadan və izləyicilərdən gizli saxlayan Duyqu Sarışın ''İnstagram'' hesabında foto yayımlayıb. Çağatayın qadın pərəstişkarları Duyqunun fotosuna təhqir tipli şərhlər yazıblar. Aktrisa yazılan təhqirlərə heç bir cavab vermədiyi kimi, həmin şərhləri hesabından silməyib. İzləyicilər 33 yaşlı Duyqunun özünü Çağatay vasitəsi ilə reklam etdiyini də iddia ediblər.

Qeyd edək ki, cütlük karantin günlərini gözlərdən uzaq villalarında keçirirlər.

Milli.Az