Xaçmaz sakini həmkəndlisini tüfənglə yaralayıb

17 Aprel 2020 21:15

Xaçmaz rayonunun Ağtala kənd sakini M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən F.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülmüşdür. F.Quliyev saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Milli.Az