İspaniya La Liqası tamamlanmasa, 6-cı pillədə qərarlaşan "Atletiko" da Çempionlar Liqasında iştirak edə bilər.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, Avroliqada çıxış etməli olan Madrid klubu UEFA-nın xüsusi dəvəti ilə Çempionlar Liqasına qatılacaq.
Məlumata görə, qurum rəhbərliyi komandanın son illərdəki uğurlu çıxışını nəzərə alaraq belə bir qərar verə bilər.
Qeyd edək ki, 2014-cü və 2016-cı illərdə yalnız finalda uduzan "Atletiko" cari mövsümün 1/8 finalında son qalib "Liverpul"u mübarizədən kənarlaşdırıb.
Milli.Az