Əlvida, "Sony Ericsson"!
8 Dekabr 2011 08:52
Milli.Az xəbər portalı "Times of İndia"ya istinadən bildirir ki, "Sony Ericsson"un vitse-prezidenti Kristian Tir belə bəyanatla çıxış edib.
Onun sözlərinə görə, "Sony Ericsson" gələn ilin ortalarına qədər fəaliyyətini tamamilə dayandıracaq.
2001-ci ildə yaradılmış "Sony Ericsson" ötən əsrin sonlarında dünya smartfon bazarında ciddi uğurlara nail olsa da, son illər uğursuzluq zolağından çıxa bilmir.
"Sony Ericsson" hazırda dünyanın ən böyük smartfon istehsalçıları arasında 6-cı yeri tutur.
"Sony" korporasiyasının bazara çıxaracağı ilk model "Xperia Cloud" smartfonu ola bilər. "Nozomi" də adlandırılan bu smartfonun 1,5 Heqahers tezliklik ikinüvəli prosesoru, 720 r-lik HD displeyi və 12 meqapiksellik kamerası olacaq.
Milli.Az