Məşhur aktyoru təyyarədən qovdular
7 Dekabr 2011 15:08
Səbəb isə onun smartfonda "Words with Friends" oynamaqdan əl çəkmək istəməməsi olub.
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, hadisə ABŞ-ın Los-Anceles şəhərinin beynəlxalq hava limanında, təyyarə uçuşu gözləyəndə baş verib.
Aktyorun mətbuat katibinin dediyinə görə, Bolduin "Words with Friends" oyununu çox sevir və oyunu yarımçıq saxlamamaq üçün uçuşdan da imtina edib. O, Nyu-Yorka elə həmin gün başqa reyslə uçub.
Bolduin "Twitter" mikrobloqinq servisindəki bloqunda yazıb: "Bundan sonra əsla "American Airlines" aviaşirkətinin təyyarələrinə minən deyiləm. Bu aviaşirkətin əməkdaşlarını 1950-ci illərdə idman müəllimi işləmiş adamlar arasından seçirlər".
Milli.Az