Millimizin futbolçusu karantin qaydalarını pozdu

17 Aprel 2020 21:45

Millimizin braziliyalı futbolçusu Rişard Almeyda de Oliveyra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə karantin qaydalarını pozub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, BƏƏ-nin "Baniyas" klubunda çıxış edən 31 yaşlı futbolçu ailəsi ilə birgə parklardan birində istirahətindən qalmayıb.

Qeyd edək ki, BƏƏ-də indiyədək 5825 nəfər koronavirusa yoluxub. Bunlardan 35 nəfəri vəfat edib.

Milli.Az