“Kim dövləti aldatmaq istəsə, qara paltarlı oğlan yanında dayanacaq”

17 Aprel 2020 13:54

Millət vəkili Aydın Mirzəzadə də pay torpağı olanlara 190 manatın verilməməsinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat qeyd edib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır:

"Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimlərin torpaqdan istifadə edib-etmədiyinə nəzarət olsun. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq".

Milli.Az